Fələstin HƏMAS-ın tamamilə məhv edilməsi fikrilə razılaşmır
Fələstinin HƏMAS hərəkatı hərbi cəhətdən məğlub olsa da, yox olmayacaq.
AFN.az xəbər verir ki, bunu Fələstinin Vyana səfiri Salah Abdel Şafi bildirib.
Diplomat qeyd edib ki, HƏMAS Fələstinin siyasi qüvvələrindən biri olaraq qalacaq. “HƏMAS tamamilə məhv edilə bilməz, o, siyasi struktur, siyasi qüvvə kimi mövcud olmağa davam edəcək”, - deyə Şafi bildirib. Lakin o, Qəzza zolağının gələcək idarəçiliyində HƏMAS-ın rolunun nə olacağına cavab verməkdə çətinlik çəkib.
İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) rəhbəri Ronen Bar dünya üzrə bütün HƏMAS üzvlərini məhv etmək planlarını açıqlamışdı. O, bir neçə il çəksə belə, bütün HƏMAS döyüşçülərinin məhv ediləcəyini vəd edib.