Etna vulkanı güclü kül və lava püskürdü


İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etnada gecə saatlarında güclü kül və lava püskürüb.



Etna dağının cənub-şərq kraterində dünən axşam saatlarında 2900 metr yüksəklikdə başlayan və gecə saatlarında intensivləşən kül və lava püskürmə fəaliyyəti bu gün səhər saatlarına qədər davam edib.

Cənub-şərq kraterindən sızan maqma vulkanın yamacından cənub-şərq istiqamətində intensiv lava axınına səbəb olub.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya şöbəsi də vulkanda kül və lava püskürmə fəaliyyətlərinin səhər saatlarında başa çatdığını təsdiqləyib.

Mətbuatda yer alan xəbərə görə, Etnanın püskürdüyü kül yaxınlıqdakı yaşayış məntəqələrinə, xüsusən də Zafferana Etnea qəsəbəsinə düşüb, kül buludu şərq və cənub-şərqə dağılıb.

Etna yaxınlığındakı Kataniya Fontanarossa hava limanına uçuşların vulkandan püskürən kül və lavadan təsirlənmədiyi və uçuşların davam etdiyi açıqlanıb.

Bildirilib ki, təxminən 3300 metr hündürlükdə kontinental Avropanın ən yüksək aktiv vulkanı olan Siciliya adasındakı Etna dağından bu son kül və lava püskürməsi hadisəsi son aylarda qeydə alınan 13-cü vulkanik aktivlikdir.

Bu ilin fevral və aprel aylarında Etnada da intensiv vulkanik aktivlik müşahidə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu