KİV: Ukrayna etibarsız tədarükçülərlə üzləşib


Ukrayna hakimiyyəti etibarsız tədarükçülərdən silah sifariş edərək yüz milyonlarla dollar itirib.


AFN.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.

Nəşr Ukrayna hökumətinin sızdırılmış sənədləri və "satınalma rəsmiləri, silah alverçiləri və detektivlərlə onlarla müsahibə" əsasında apardığı araşdırmanın nəticələrini dərc edib. Məqalədə deyilir ki, üçüncü şəxslər vasitəsilə və şübhəli təchizatçılardan silah almaq cəhdləri Kiyevin üç il ərzində yüz milyonlarla dollar itirməsi ilə nəticələnib.

Bir sıra hallarda Ukrayna tərəfi hələ də sifariş edilən silahları və ya onların komponentlərini çatdırmayan az tanınan şirkətlərə böyük məbləğdə depozitlər ödəyib. Qəzetin mənbələri tələbin kəskin artması səbəbindən silahların son dərəcə şişirdilmiş qiymətlərlə alındığı, lakin istifadəyə yararsız olduğu hallardan da danışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu