Fransa kəşfiyyatı Durovun açıqlamasını təkzib edir


Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi "Telegram"ın həmtəsisçisi Pavel Durovun ondan Rumıniyada keçirilən prezident seçkilərinə təsir göstərməsini istəməsi ilə bağlı iddiasını təkzib edib.


AFN.az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.



Kəşfiyyat xidməti bildirir ki, onlar doğrudan da son illərdə terrorizm və uşaq pornoqrafiyası kimi təhdidlərin qarşısını almaq məqsədilə "Telegram" şirkətinin məsuliyyətini xatırlatmaq üçün Pavel Durovla bir neçə dəfə birbaşa əlaqə saxlayıblar.



Lakin açıqlamada vurğulanır ki, bu əlaqələr zamanı hər hansı bir seçki prosesi ilə əlaqədar hesabların bloklanması ilə bağlı müraciət olunmayıb və bu iddialar qətiyyətlə rədd edilir.



Xatırladaq ki, əvvəlki açıqlamasında Pavel Durov, Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəhbəri Nikolas Lernerin Rumıniyada keçiriləcək prezident seçkiləri öncəsi mühafizəkar kanalların susdurulmasını tələb etdiyini və onun bu tələbi rədd etdiyini bildirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu