Aİ İsraillə assosiasiya sazişini nəzərdən keçirəcək

Avropa Birliyi icma ilə İsrail arasında assosiasiya sazişini nəzərdən keçirmək qərarına gəlib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaja Kallas Aİ Şurasının Brüsseldə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında deyib.
"Biz prosesə başlayırıq və ümid edirik ki, Qəzza zolağında humanitar yardım blokdan çıxarılacaq və vəziyyət yaxşılaşacaq", - deyə o bildirib.
Onun sözlərinə görə, Brüsseldə keçirilən görüşdə Aİ ölkələrinin əksəriyyəti icma ilə İsrail arasında assosiativ sazişə yenidən baxılmasının tərəfdarı olduğunu bildirib. Lakin o, araşdırmanın nəticələrinin nə vaxt açıqlanacağı ilə bağlı təfərrüatları açıqlamayıb. "Rəqəmləri və üzv ölkələrin adını çəkməyəcəyəm, lakin böyük əksəriyyət iştirak edirdi", - deyə Kallas qeyd edib.