Ceyhun həyat yoldaşını xilas etmək istəyərkən ölüb...

ABŞ-da həmyerlimiz həyat yoldaşını xilas edərkən həyatını itirib
ABŞ-ın Florida ştatının Mayami şəhərində baş vermiş faciəvi hadisə zamanı azərbaycanlı gənc Ceyhun Sadibəyli həyatını itirib.
Qafqazinfonun məlumatına görə, 24 yaşlı Ceyhun Sadibəyli əslən Yardımlı rayonundandır və bir neçə ay əvvəl ailə həyatı qurmuşdu. O, Bostonda yerləşən şirkətdə satış meneceri vəzifəsində çalışırdı.
Mərhumun əmisinin Bakupost.az-a verdiyi məlumata əsasən, Ceyhun həyat yoldaşı ilə birlikdə Mayamiyə istirahətə gedibmiş. Dənizdə xanımının boğulduğunu görərək onu xilas etməyə çalışıb. Qadını sudan çıxarmağa nail olsa da, Ceyhun özü boğularaq dünyasını dəyişib.
Hazırda onun nəşinin Azərbaycana gətirilməsi ilə bağlı müvafiq işlər görülür.