Azərbaycan - Macarıstan matçının hakimləri bəlli oldu


Azərbaycan - Macarıstan yoldaşlıq oyununun hakimləri müəyyənləşdi



Azərbaycan millisinin iyunun 10-da Macarıstan yığması ilə keçirəcəyi yoldaşlıq oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.



“Qafqazinfo”nun məlumatına görə, “Liv Bona Dea Arena”-da baş tutacaq qarşılaşmanın baş hakimi Belarusdan olacaq. Görüşü Viktor Şimusik idarə edəcək. Ona həmyerliləri Sergey Kasavets və Anton Qusev kömək edəcəklər.



Oyunun dördüncü hakimi isə azərbaycanlı Cavid Cəlilov olacaq.



10 iyun

Azərbaycan - Macarıstan

Liv Bona Dea Arena. Saat 20:00

Baş hakim: Viktor Şimusik (Belarus)

Köməkçilər: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)

Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu