ABŞ İrana qarşı qeyri-nüvə sanksiyalarını qüvvədə saxlaya bilər


Danışıqlarda razılıq əldə olunmasa, ABŞ İrana qarşı qeyri-nüvə sanksiyalarını qüvvədə saxlaya bilər.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edən Marko Rubio Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin dinləmələrində bildirib.

Terrorizm, ballistik raket proqramı və digər bu kimi məsələlərlə bağlı sanksiyalar var. Əgər onlar sazişin bir hissəsi olmasalar, bu məsələlər həll olunmazsa, bu sanksiyalar qüvvədə qalacaq”, - deyə Rubio qeyd edib. O, bildirib ki, İran uranı zənginləşdirmək imkanına malik olmamalıdır.

Omanın vasitəçi olduğu ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün dörd raund danışıqlar aparıb. Onlardan birincisi aprelin 12-də Omanın paytaxtı Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncü və dördüncüsü isə aprelin 26-da və mayın 11-də yenidən Maskatda baş tutub.

İran nümayəndə heyətinə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib.

Wall Street Journal-ın müxbiri Lourens Norman mənbələrə istinadən yazıb ki, İran və ABŞ arasında danışıqların beşinci raundu bu həftəsonu İtaliyanın paytaxtında baş tuta bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu