Yunanıstanda Strep A bakteriyası səbəbilə 9 məktəb bağlandı

Yunanıstanın Mərkəzi Makedoniya bölgəsində Strep A bakteriyasının sürətlə yayılması səbəbilə 9 məktəbdə tədrisə müvəqqəti ara verilib.
Yerli mətbuatda yer alan məlumatlara görə, ilk yoluxma halları Selanikin Kalamarya bölgəsindəki məktəblərdən birində aşkarlanıb və bu hal epidemiya kimi yayılmağa başlayıb. 3 ibtidai məktəb və 2 uşaq bağçası bu səbəbdən bağlanıb.
Həmçinin, Serres şəhərində də Strep A infeksiyasına rast gəlinən 4 məktəb profilaktik tədbir olaraq müvəqqəti fəaliyyətini dayandırıb.
Yunanıstan Milli İctimai Sağlamlıq Təşkilatı (EODY) tərəfindən verilən açıqlamada, Strep A bakteriyasının çox yoluxucu olduğu və şəxsi gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinin vacibliyi vurğulanıb.
Səlahiyyətlilər bildiriblər ki, yoluxmuş şəxslər antibiotik müalicəsinə başladıqdan sonra azı 24 saat ərzində evdə qalmalı və cəmiyyət içində yayılmanın qarşısını almalıdırlar.
EODY eyni zamanda panikaya ehtiyac olmadığını və hazırkı vəziyyətin nəzarət altında saxlanıldığını açıqlayıb.