Şəhid anasından rezonans doğuran görüntülərlə bağlı AÇIQLAMA - VİDEO


Füzuli rayonunda şəhid Vüqar Zamanovun anası Lətifə Zamanovanın bir kişiyə qarşı təhqiredici hərəkətlər etməsi və bu hadisəyə dair yayılan görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb.

Lətifə Zamanova bu gün video yayaraq baş verənlərlə bağlı açıqlama verib və hadisəyə aydınlıq gətirməyə çalışıb.

O bildirib ki, həyat yoldaşı dünyasını dəyişdiyi üçün, oğlunun lövhəsi qarşısında nalayiq hərəkət edən şəxsi özünün cəzalandırmaq qərarına gəldiyini bildirib:

“Oğlumun xatirə lövhəsi qarşısında nalayiq hərəkət etdiyi üçün bu addımı atmışam. Daha sonra oğlumun ünvanına nalayiq sözlər dediyi üçün mən də şəhid anası kimi buna dözməyib, o sözləri demişəm. Hansı şəhid anasına o sözlər deyilsə, buna sakit dayanmaz. Daha sonra o, məndən üzr istədi, əl-ayağıma düşüb yalvardı, içkili olduğunu dedi, mən də onu bağışladım.”

L.Zamanova həmçinin qeyd edib ki, oğlu və özü haqqında deyilən bəzi fikirlərlə razı deyil və media nümayəndələri ilə sosial şəbəkə istifadəçilərindən yayılan görüntülərin silinməsini xahiş edib.

Xatırladaq ki, 1995-ci il təvəllüdlü Vüqar Zamanov Vətən müharibəsində müddətdən artıq həqiqi hərbi xidmət keçən (MAXE) kimi iştirak edib. 5 noyabr 2020-ci ildə Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Füzuli rayonunun Horadiz qəsəbəsində dəfn edilib və ölümündən sonra bir neçə medal ilə təltif olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu