Tramp: Mən olmasaydım, Rusiya çökə bilərdi!


Mənim qərarlarım olmasaydı, Rusiyanın ciddi problemləri ola bilərdi.



AFN.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. O, müvafiq mesajı "Truth" sosial şəbəkəsində paylaşıb.



Amerika lideri qeyd edib ki, əgər o olmasaydı, Rusiyanın başına "çox pis şeylər" gələrdi: "Vladimir Putin dərk eləmir ki, mən olmasaydım, indiyə qədər Rusiyanın başına çoxlu pis şeylər gələ bilərdi. Mən həqiqətən çox pis şeyləri nəzərdə tuturam. O, odla oynayır!"



Tramp "odla oynamaq" ifadəsinin mənasını izah etməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu