ABŞ tələbə vizalarında sosial media yoxlamasını artırır


ABŞ Dövlət Departamentinin xaricdən təhsil almaq üçün ölkəyə gəlməyi planlaşdıran tələbələrin sosial media hesablarını ətraflı araşdırmaq məqsədilə viza müsahibələrini dayandırdığı bildirilir.

POLITICO nəşrinin əldə etdiyi sənədə görə, Respublikaçı hökumət ABŞ-da təhsil almaq üçün müraciət edən bütün xarici tələbələrin sosial media yoxlamasından keçməsini məcburi etməyi planlaşdırır.

Nəşr Dövlət katibi Marko Rubionun bütün səfirlik və konsulluq şöbələrinə hazırkı müraciətlərlə bağlı daha çox sosial media məlumatı toplanana qədər tələbə vizaları üçün yeni müsahibə tarixlərinin təyin edilməsini dayandırmaq göstərişi verildiyini qeyd edib.

Rubionun imzaladığı sənəddə viza müraciəti edən tələbələrin sosial media hesablarında konkret olaraq nələrin araşdırılacağı göstərilməsə də, sənəddə terrorizmlə mübarizə və antisemitizmin qarşısını almağı hədəfləyən prezident fərmanlarına istinad edilib.

Qeyd edək ki, ABŞ Vətəndaşlıq və Miqrasiya Xidməti adlı qurum apreldə bildirmişdi ki, yəhudi şəxslərə qarşı antisemitik sosial media fəaliyyətləri və təzyiqlər immiqrasiya hüquqlarının rədd edilməsi üçün əsas ola bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu