Rusiyadan Trampa xəbərdarlıq: Üçüncü dünya müharibəsi baş verə bilər


Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-ın keçmiş prezidenti Donald Trampı üçüncü dünya müharibəsinin baş verə biləcəyi barədə xəbərdar edib.

Medvedev bu barədə sosial media hesabında paylaşdığı açıqlamada Trampın “Rusiyanın başına daha pis şeylər gələ bilər və Prezident Vladimir Putin odla oynayır” fikirlərinə münasibət bildirib.

Medvedev bildirib:

“Həqiqətən də pis bir şeyin baş verə biləcəyini anlayıram. Bu da üçüncü dünya müharibəsidir. Ümid edirəm ki, Tramp bunu anlayır.”

Qeyd edək ki, Medvedev son aylarda Qərblə artan gərginlik fonunda tez-tez nüvə təhlükəsi və genişmiqyaslı müharibə ehtimalı ilə bağlı sərt açıqlamalar verir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu