Medvedev: Nüvə silahı istisna olmaqla, müxtəlif rus silahları Qərbə qarşı çıxan ölkələrə verilməlidir
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, nüvə silahı istisna olmaqla, müxtəlif rus silahları Qərbə qarşı çıxan ölkələrə verilməlidir.
Medvedev Telegram kanalında verdiyi açıqlamada ABŞ-ın Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarını dəyərləndirib.
Bu sanksiyalara reaksiya verilməsinin vacibliyini vurğulayan Medvedev deyib:
"Necə reaksiya verə bilərik? Ölkəmizə və bütün vətəndaşlarımıza qarşı bu məhdudiyyətləri tətbiq edən ölkələrə hər gün maksimum zərər vurmağa çalışmalıyıq. Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələr Qərbin düşmənlərinə silah verəcəyimizdən qorxurlarmı? Hələlik nüvə silahı istisna olmaqla, bütün mümkün silah növlərini Qərbə qarşı çıxan ölkələrə verməliyik. Düşmənimizə qarşı heç bir qayda olmamalıdır. Rusiyaya zərər vurduqları üçün əziyyət çəkməlidirlər”.