Rusiya: Qərb Zelenskini aradan götürmək qərarına gəlib


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Volodimir Zelenskini aradan götürməyə qərar verdiyini iddia edib.


Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağa çalışan bir şəxsin həbsi ilə bağlı qiymətləndirmə edib.

Zelenskinin ciddi təşviş üçün səbəbləri olduğunu iddia edən Medvedev, Polşada Zelenskiyə sui-qəsdin ola biləcəyini bildirib: “Bu, ola bilsin ki, Qərbin onu aradan qaldırmaq qərarına gəldiyinin ilk sübutu ola bilər”, - deyə Medvedev qeyd edib.

Dünən Polşa Milli Prokurorluğu Ukrayna sərhədindən təxminən 90 kilometr aralıda Rzeşov-Yasionka hava limanı ilə bağlı təfərrüatlı məlumat sızdırmağa cəhd edən şəxsin tutulduğunu və sözügedən şəxsin Rusiya ilə əlaqə saxlamağa çalışdığını açıqlamışdı.

Bəyanatda bu məlumatların Zelenskiyə qarşı sui-qəsddə istifadə oluna biləcəyi qeyd edilib.

Qeyd edək ki, Ukraynaya hərbi və humanitar yardım ABŞ hərbçilərinin nəzarətində olan Rzeşov-Yasionka hava limanından həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu