Britaniyada Qərbin Zelenskiyə qarşı sui-qəsd hazırladığını iddia edirlər
Qərb siyasətçiləri Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd qurublar və ona xəyanət etməyə hazırdırlar.
Bu barədə Britaniyanın “The Telegraph” qəzetində köşə yazarı Kon Koflin bildirib.
“Qərb Ukraynanı satmaq üçün sui-qəsd etdi. Amerika və Avropa liderləri Kiyevin tələblərindən yorulub və Zelenskinin döyüşçülərinə xəyanət etməyə hazırdırlar”, - deyə o, yazıb.
Müşahidəçinin fikrincə, ABŞ prezidenti Co Bayden administrasiyası 2024-cü ildə prezident seçkiləri fonunda münaqişənin davam etməsinə imkan verməkdə az maraqlıdır.
Daha əvvəl “Time” jurnalının köşə yazarı Saymon Şuster ABŞ-a səfərindən sonra Zelenskinin nikbinliyini itirməsindən danışıb. Onun sözlərinə görə, dövlət başçısı Qərbin Ukraynaya marağının azalmasından qəzəblənib.