Rusiya: Kiyevə qanadlı raketlər verilərsə, münaqişənin ən təhlükəli mərhələsinə keçmə riski artar


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Ukraynaya qanadlı raketlər verilərsə, münaqişənin ən təhlükəli fazaya keçmə riski artacaq.



Medvedev Telegram kanalında verdiyi açıqlamada Almaniyanın əsas müxalif Xristian Demokratik Birlik Partiyasının (CDU) lideri Fridrix Merzinin baş nazir seçilməsi təqdirdə Rusiyaya müharibəni dayandırması barədə ultimatum verəcəyi, buna əməl edilməməsi durumunda da Kiyevə "Taurus" qanadlı raketləri verərək Rusiya ərazisini uzaq mənzilli silahlarla vurmağa imkan verəcəyi yönündə açıqlamasını dəyərləndirib.

Sözügedən raketlərin müharibənin gedişatını dəyişməyəcəyini ifadə edən Medvedev, ancaq bunun münaqişənin ən təhlükəli mərhələyə keçmə riskini artıracağını və bu barədə Vladimir Putinə də xəbərdarlıq etdiyini qeyd edib.

Donald Trampın ABŞ-da prezident seçilməsindən sonra Avropa liderlərinin gərginləşdiyinə diqqət çəkən Medvedev, "Avropanın təcrübəli və ağıllı liderləri tarixə qovuşub. Onların yerinə yüksək eqolu dəyərsiz şəxslər gəlib. Bu, böyük ehtimalla pis ssenarinin baş verəcəyi mənasına gəlir" vurğulayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu