Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlandı


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.



Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.



Düşən yağıntının miqdarı Beyləqanda 5 mm, Lerik, Cəfərxan, Şahbuz, Daşkəsən, Gəncə, Gədəbəy, Ceyrançöl, Ağstafa, Tovuz, Tərtər, Zərdab, İmişli, Sabirabad, Cəlilabad, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 2 mm təşkil edib.



Külək bəzi ərazilərdə şərq istiqamətindən əsib və güclü olub. Küləyin maksimal sürəti Gəncədə 28 m/s, Culfada 26 m/s, Sabirabadda 20 m/s, Goranboyda 19 m/s, Naftalan və Şahbuzda 18 m/s, Şəki və Kürdəmirdə 15 m/s-ə qədər yüksəlib.



Mayın 28-i saat 21:30-21:32 radələrində Yardımlı rayonuna diametri 11 mm olan dolu düşüb.



Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30°C, Naxçıvan Muxtar Respublikasında 31°C, Aran rayonlarında 33°C, dağlıq rayonlarda isə 23°C-yə qədər qeydə alınıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu