Zeynəb Xanlarovanın adından dələduzluq edilib


Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.



Bu barədə Z.Xanlarovanın "Instagram"dakı fan-səhifəsi məlumat yayıb.



"Zeynəb Xanlarovanın adından sosial şəbəkələrdə saxta profillər yaradılıb və guya konsert proqramı keçiriləcək deyə, bilet satışı ilə fırıldaqçılıq etməyə çalışırlar.



Xahiş edirik, bu cür mesajlara və bilet satışlarına inanmayın!



Rəsmi konsert xəbərləri yalnız sənətçinin etibarlı və rəsmi kanalları vasitəsilə paylaşılır. Aldanmayın, diqqətli olun!", deyə paylaşımda bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu