Çin "Tienvın-2" asteroid missiyasına start verdi

Çin asteroidlərin araşdırılması məqsədilə hazırlanmış "Tienvın-2" adlı tədqiqat aparatını kosmosa göndərdiyini elan edib.
Çin Milli Kosmik İdarəsi (CNSA)-nin verdiyi məlumata görə, aparat bu günün ilk saatlarında Siçuan əyalətində yerləşən Şiçanq Peyk Mərkəzindən "Long March-3B Y110" raketi vasitəsilə orbitə buraxılıb.
Buraxılışdan təxminən 18 dəqiqə sonra "Tienvın-2" transfer orbitinə daxil olub və günəş panellərini açaraq fəaliyyətə başlayıb.
Kosmik aparat Yerə yaxın məsafədə yerləşən "2016 HO3" asteroidindən qaya və torpaq nümunələri toplayacaq. Daha sonra isə Mars ilə Yupiter arasındakı əsas asteroid qurşağında yerləşən "311P" asteroidinin yaxınlığından keçərək onu müşahidə edəcək.