Rusiya Cənubi Koreya ilə birbaşa uçuşları bərpa etmək istəyir


Rusiya ölkələr arasında münasibətləri normallaşdırmaq üçün ilk addımlardan biri kimi Cənubi Koreya ilə birbaşa hava əlaqəsini bərpa etməyə hazırdır.



AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Seuldakı səfirliyinin nazir müşaviri Dmitri Kulkin ikitərəfli münasibətlərə həsr olunmuş beynəlxalq forum zamanı deyib.



Onun sözlərinə görə, Koreya Respublikası ilə münasibətlərin bərpası prosesi “kiçik addımlarla” başlaya bilər. "Birincisi, birbaşa hava hərəkətini bərpa etməkdir", - deyə diplomat bildirib. Eyni zamanda o qeyd edib ki, uçuşları dayandıran Rusiya deyil.



"Hava hərəkəti - hətta sabah da bərpa edilə bilər. Lakin Rusiya hakimiyyəti əlaqələri yaxşılaşdırmaq üçün qarşılıqlı istəyə ümid edir", - deyə o əlavə edib.



Qeyd edək ki, Seulda Rusiya və Koreya Respublikası arasında münasibətlərə həsr olunmuş forum keçirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu