Aybəniz Haşımovanın “masajist” adı ilə insanları aldadan qardaşı həbs edildi


Qubada özünü masajist kimi təqdim edən Şaiq Həşimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.



“Qafqazinfo”nun məlumatına görə, məhkəmə istintaqı zamanı müəyyən olunub ki, 46 yaşlı Şaiq Həşimov Qubada kirayədə yaşayaraq uzun müddət insanlara "müalicəvi masaj"la sağlamlıqlarını bərpa edəcəyinə dair vədlər verib. Lakin onun Səhiyyə Nazirliyindən heç bir rəsmi lisenziyası olmayıb.



O, yalnız Rusiyada keçdiyi altıaylıq kursa əsaslanaraq fəaliyyət göstərib və müxtəlif şəxslərdən ümumilikdə 24 min manatdan çox pul alıb.



Zərərçəkmişlər arasında azyaşlı övladını müalicə etdirmək ümidi ilə Həşimova müraciət edən ana da olub. Siyəzən rayon sakini olan qadın məhkəmədə ifadəsində deyib:



“Qızım doğulandan iflicdir. Dedi ki, 20 gün ərzində sağalacaq. İki dəfə 1400 manat verdim. Onun dediklərinə inanmışdıq. Ay keçdi, nəticə olmadı. Aldandıq”.



Başqa bir zərərçəkmiş isə illərlə davam edən bel ağrısından əziyyət çəkdiyini və bu səbəbdən Həşimova müraciət etdiyini bildirib:



“180 günə yaxın hər gün onun yanına getdim. Bu müddətdə 13 min manat vermişəm. Sonda vəziyyətim daha da pisləşdi və başa düşdüm ki, aldadılmışam”.



Məhkəmədə ifadə verən Şaiq Həşimov özünü təqsirli bilməyib:



“Tibbi təhsilim yoxdur, amma 2000-ci ildə Rusiyada kurs keçmişəm. Azərbaycanda da VÖEN-lə fəaliyyət göstərmişəm. Mən sadəcə masaj edirdim, müalicə vəd etmirdim”.



Quba Rayon Məhkəməsi Şaiq Həşimovu dələduzluqda təqsirli bilərək ona 3 il azadlıqdan məhrumetmə cəzası verib.



Qeyd edək ki, Şaiq Həşimov tanınmış müğənni Aybəniz Haşımovanın qardaşıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu