Rəcəb Tayyib Ərdoğan "Qalatasaray" futbol komandasını qəbul etdi- FOTOLAR


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024–2025-ci il Trendyol Super Liqasının çempionu olan "Qalatasaray" futbol komandasının oyunçularını və texniki heyətini qəbul edib.



Qəbul mərasimi İstanbulda yerləşən Prezident Administrasiyasının Dolmabahçe İş Ofisində baş tutub.



"Qalatasaray" klubunun prezidenti Dursun Özbək, komanda üzvləri və texniki heyətlə bir-bir görüşən Prezident Ərdoğan sarı-qırmızılı klubun qazandığı 25-ci Super Liqa çempionluğu münasibətilə komandaya təbriklərini çatdırıb.



Görüş zamanı futbolçu Barış Alpər Yılmaz Prezident Ərdoğana "Qalatasaray" formasını hədiyyə edib.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu