ABŞ-da parkda baş verən silahlı hücumda 7 nəfər yaralanıb

ABŞ-ın şimal-qərbində yerləşən Vaşinqton ştatında parkda baş verən silahlı hücum nəticəsində 3-ü ağır olmaqla 7 nəfərin yaralandığı bildirilib.
Ştat polisinin açıqlamasına görə, Vaşinqtonun Leykvuud şəhərində yerləşən Harry Todd Parkında baş vermiş silahlı hücum zamanı 7 nəfər güllə yarası alıb.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
"Fox 13 Seattle" telekanalının xəbərinə əsasən, yaralılar xəstəxanaya yerləşdirilib və onlardan 3-nün vəziyyəti ağırdır.
Silahlı hücumla bağlı araşdırma davam etdirilir.