Ukraynada daha bir azərbaycanlı həlak olub

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
AFN.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə sakini, Mustafayev Şahmar Elianur oğlu Rusiya tərəfdən münaqişədə iştirak edib.
1988-ci il təvəllüdlü M.Şahmar müharibəyə bu ilin fevralından qatılıb.
Hazırda 37 yaşlı həmyerlimizin nəşinin Azərbaycana gətirilməsi istiqamətində işlər görülür.