12 saylı cəzaçəkmə müəssisəsində bina çökdü – ölən və yaralılar olduğu bildirilir


Ədliyyə Nazirliyinin mətbuat xidməti Qaradağ rayonunda yerləşən cəzaçəkmə müəssisəsində baş verən hadisə ilə bağlı açıqlama yayıb.



AFN.az xəbər verir ki, açıqlamada deyilir: “Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum xəsarət alıb. Müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.”



***

Qaradağ rayonunda 12 saylı cəzaçəkmə müəssisəsində bina çöküb.



Ajans.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə bu gün gündüz saatlarında Ədliyyə Nazirliyinin Qaradağ rayonu 12 saylı cəzaçəkmə müəssisəsində korpuslardan biri çöküb.



Hadisə zamanı məhkumlar arasında ölən və yaralananların olduğu iddia edilir. Ərazidə xilasetmə işləri aparılıb.



Hadisə ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidmətinə sorğu verilib.



Bu Ajans.az-ın özəl məlumatıdır.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu