Səyahətçinin çamadanından 48 zəhərli ilan və 5 tısbağa tapıldı

Hindistanın Mumbay şəhərində yerləşən Çhatrapati Şivacı Maharac Beynəlxalq Aeroportunda Taylanddan gələn sərnişinin çamadanında 48 zəhərli ilan və 5 tısbağa aşkar edilib.
"Hindustan Times" qəzetinin xəbərinə görə, Banqkokdan Mumbaya gələn sərnişin aeroportda saxlanılıb.
Sərnişinin çamadanında aparılan yoxlama zamanı aralarında son dərəcə zəhərli 3 hörümçək quyruqlu ilan növünün də olduğu 48 ilan və 5 Asiya yarpaq tısbağası tapılıb.
Heyvanların növləri “Resqink Association for Wildlife Welfare (RAWW)” adlı vəhşi təbiət qoruma təşkilatı tərəfindən təsdiqlənib. İlanların çox zəhərli və kiçik quşları ovu edən təhlükəli növlər olduğu vurğulanıb.
Vəhşi Təbiəti Qoruma Qanunu çərçivəsində ilan və tısbağaların gətirildikləri ölkəyə geri qaytarılmasına qərar verilib.