Avstraliyada bir evin bağçasında 102 zəhərli ilan tapılıb
Avstraliyanın New South Wales (NSW) ştatının Sidney şəhərindəki evin həyətində 102 qırmızı qarınlı qara ilan tapılıb.
Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, Sidneyin Horsli Parkı ərazisində yaşayan sakinlər bir neçə gündür evlərinin ətrafında ilan gördüklərini bildiriblər.
Yerli sakinlər bu yaxınlarda gördükləri ilanların ot tayalarında gizləndiyini bildiriblər.
Latın adı "Pseudechis Porphyriacus" ilə tanınan bu ilanlardan biri yerli sakinin itini sancdıqdan sonra əraziyə ilan ovçuları çağırılıb.
İlan ovçusu Cory Kereavro həmkarı Dilanın bir evin həyətində 40 qırmızı qarınlı qara ilan tapdığını, hamilə ilanların balaları olması nəticəsində ilanların sayının 102-yə yüksəldiyini bildirib.
Kerevaro yerli əhalinin ilanların çoxluğuna görə kömək istədiklərini və bu qədər qırmızı qarınlı qara ilana daha əvvəl heç bir bölgədə rast gəlinmədiyini bildirib.
Daha əvvəl də bu növ ilan tərəfindən sancıldıqdan sonra barmaqları kəsilən həmkarlarının olduğunu bildirən Kerevaro başqa bir həmkarının da böyrək çatışmazlığı yaşadığını qeyd edib.
"Australian Museum" internet saytındakı məlumata görə, ümumiyyətlə Avstraliyanın NSW və Viktoriya əyalətlərində rast gəlinən qırmızı qarınlı qara ilan bir dəfəyə 5-18 bala doğur.
Sancdıqda zəhərli olan bu ilanlar şişlik, ürəkbulanma, qusma, baş ağrısı, ishal və əzələ ağrılarına səbəb ola bilər.