ABŞ Suriyada iki hərbi bazanı bağladı, birini kürdlərə təhvil verdi

Birləşmiş Ştatlar Suriyada yerləşən iki hərbi bazasını bağlayıb, digərini isə ölkədəki hərbi mövcudluğunu azaltmaq çərçivəsində kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinə (SDQ) təhvil verib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı Pentaqonun sözçüsü Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında verib.
"500-ə yaxın Amerika əsgəri Suriyadan çıxarılıb. İki hərbi baza bağlanıb, biri isə Suriya Demokratik Qüvvələrinə verilib. ABŞ qoşunlarının Suriyada yenidən birləşdirilməsi təhlükəsiz və düşünülmüş şəkildə həyata keçirilir", – deyə o bildirib.
Telekanalın məlumatına görə, kürd qüvvələri bundan sonra Missiyaya Dəstək Sahəsi Fərat hərbi bazasına nəzarət edəcək. Qapadılan iki Amerika bazasından biri Yaşıl Kənddə yerləşən Missiya Dəstəyi Saytı olub. Digər obyektin adı açıqlanmayıb.