Britaniya Abramoviçi məhkəməyə verir – “Çelsi”nin satışından "pay" tələbi

Britaniya hakimiyyəti rusiyalı milyarder Roman Abramoviçi məhkəməyə verə bilər.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, London biznesmendən "Çelsi" Futbol Klubunun satışından əldə etdiyi 2,34 milyard funt-sterlinq məbləğində vəsaiti almaq niyyətindədir.
"Bloomberg" xatırladır ki, 2022-ci ilin mayında klub amerikalı investor Todd Boehli tərəfindən alınıb. Həmin vaxt Abramoviç artıq Böyük Britaniya və Aİ sanksiyalarına məruz qalmışdı və satışdan əldə olunan gəlir onun bank hesablarında dondurulmuşdu.
Britaniya hökuməti məhkəmədə qalib gələrsə, əldə ediləcək vəsaitin Ukraynaya yardım məqsədilə istifadə olunacağı qeyd olunur.
"Çelsi" klubunun satışı ilə bağlı sövdələşmənin rəsmi olaraq tamamlandığı 2022-ci ilin mayında yayılan məlumata əsasən, müqavilənin dəyəri 5,33 milyard dollar olub.