Rusiya və Ukrayna arasında əsir mübadiləsi: bu dəfə yaralı və xəstələr dəyişdi


Rusiya və Ukrayna arasında ağır xəstə və yaralı əsirlərin mübadiləsi baş tutub

AFN.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında İstanbulun ev sahibliyi etdiyi danışıqlarda əldə olunan razılaşmalara uyğun olaraq ağır xəstə və yaralı əsirlərin mübadiləsi həyata keçirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, razılaşmalara əsasən, əsir götürülən ikinci qrup rus əsgəri Ukraynadan geri qaytarılıb.

Açıqlamada Ukrayna Silahlı Qüvvələrindən əsir götürülmüş bir qrup əsgərin rus əsirlərinin müqabilində Kiyevə verildiyi, rus əsgərlərinin hazırda Belarus torpaqlarında olduğu və onlara tibbi və psixoloji yardım göstərildiyi bildirilib.

Birinci mərhələdə olduğu kimi, nazirlik əsir mübadiləsinə cəlb olunan əsgərlərin sayı barədə məlumat verməyib.

Ukrayna prezidenti Vladimir Zelenski də Telegram hesabında yazıb ki, İstanbulda danışıqlarda Rusiya ilə razılaşdırıldığı kimi, məhbus mübadiləsi prosesi davam edir.

Ağır xəstə və yaralı Ukrayna əsgərlərinin geri qaytarıldığını bildirən Zelenski qeyd edib ki, ağır xəstə və yaralı əsgərlərin Rusiya əsirliyindən qayıtmasının ilk mərhələsi reallaşdırılıb: "Onların hamısının təcili tibbi yardıma ehtiyacı var. Bu, mühüm humanitar aksiyadır" - deyə Zelenski bildirib.

Əsirlərin dəyişdirilməsi nəticəsində Ukrayna ordusu və təhlükəsizlik bölmələrindən olan hərbçilərin geri qaytarıldığını qeyd edən Zelenski vurğulayıb ki, mübadilələr davam etməlidir: "Əsirlikdə olan hər kəsin tapılıb geri qaytarılması üçün əlimizdən gələni edirik. Kömək edən hər kəsə minnətdarıq".

Qeyd edək ki, 2 iyun razılaşması çərçivəsində dünən Rusiya ilə Ukrayna arasında ]25 yaşdan kiçik əsgərlər üçün əsir mübadiləsinin birinci mərhələsi həyata keçirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu