İran İsrailə cavab planlarını müzakirə edir

İranın hərbi və hökumət rəsmiləri İsrailin hücumu vəziyyətində veriləcək cavab tədbirlərini müzakirə ediblər.
AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın "The New York Times" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, İran İslam Respublikası yüzlərlə ballistik raketdən istifadə etməklə İsrail ərazisinə dərhal əks-hücum planı hazırlayıb.
Qeyd edək ki, daha əvvəl CBS telekanalı ABŞ rəsmilərinin İsrailin İrana qarşı hərbi əməliyyata başlamağa tam hazır olduğunu öyrənmələri ilə bağlı məlumat yayıb. İnternet portalı "Axios" isə məlumat verir ki, ABŞ prezidenti Donald Tramp 9 iyun tarixində İsrailin baş naziri Binyamin Netanyahunu belə bir addımdan çəkindirmək üçün telefon danışığı aparıb.
ABŞ hərbi dairələrinin nümayəndəsi bildirib ki, müdafiə naziri Pit Hegset təhlükəsizlik səbəbindən Yaxın Şərqdəki amerikalı hərbçilərin ailələrinin “könüllü çıxışına” icazə verib. Dövlət Departamenti isə regionda artan gərginlik səbəbilə ABŞ-ın İraqdakı səfirliyinin bir hissə əməkdaşlarına ölkəni tərk etməyi göstəriş verib.