İsrailin İrana hərbi zərbəsinə ABŞ-ın dəstək ehtimalı artır

İsrailin İrana hərbi zərbələrinə ABŞ-ın da dəstək göstərəcəyi ehtimal edilir
İsrail yaxın günlərdə İrana hərbi zərbə endirməyi nəzərdən keçirir. Hələlik qərar tam qəbul edilməyib, lakin bu variant regionda gərginliyin artması fonunda aktiv müzakirə olunur.
AFN.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Mənbələr ABŞ-ın mümkün hücumda birbaşa iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib, amma Vaşinqtonun İsrailə logistika dəstəyi göstərməsi və kəşfiyyat məlumatları paylaşması ehtimal edilir.
"Politico" nəşri mənbələrə istinadən bildirib ki, bu həftə İsrail rəsmiləri ABŞ prezidenti xüsusi nümayəndəsi Stiven Vitkoff ilə görüşməyi planlaşdırır. Görüşün əsas mövzusu İsrailin mümkün hücumu ola bilər.