İran İsrailin hücumlarına görə interneti məhdudlaşdırdı


İran hakimiyyəti ölkədəki xüsusi vəziyyət və səlahiyyətli orqanların qərarlarına əsasən, İsrailin hücumu ilə əlaqədar olaraq internetə girişə müvəqqəti məhdudiyyətlər tətbiq etməyə qərar verib.

AFN.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bəyanatında bildirilir.

“Ölkədəki xüsusi vəziyyət və səlahiyyətli orqanların qərarlarına uyğun olaraq, internetə girişə müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Vəziyyət normallaşdıqdan sonra şəbəkənin işi tam bərpa olunacaq” - deyə nazirliyin açıqlamasında vurğulanır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu