ABŞ Müdafiə naziri: Panama və Qrenlandiyaya qarşı hərbi planlarımız var


ABŞ Müdafiə naziri Pit Hegseth Panama və Qrenlandiyanın zorla ələ keçirilməsi ehtimalına dair sualı cavablandıraraq, “Müdafiə Nazirliyinin vəzifəsi bütün ehtimallara qarşı hazırlıqlı olmaqdır” – deyə bildirib.



Hegseth bu açıqlamanı ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən iclasda konqresmen Adam Smitin sualına cavab olaraq səsləndirib. Smit Müdafiə Nazirliyinin Panama və Qrenlandiyaya qarşı hərbi planlarının olub-olmadığını soruşub.



Hegseth cavabında bu iki bölgənin ABŞ üçün strateji əhəmiyyətə malik əsas nöqtələr olduğunu vurğulayıb və Panama Kanalı üzərində Çinin artan təsirindən narahatlıq ifadə edib:



Çinlə bağlı narahatlıqlarımız var. Xüsusilə Panama Kanalında təsir dairələrini genişləndirmələri diqqətlə izlənilir” – deyə nazir qeyd edib.



Smitin sualını təkrar etməsindən sonra Hegseth daha konkret şəkildə bildirib ki, “Müdafiə Nazirliyinin borcu hər ssenariyə qarşı hazırlıqlı olmaqdır.”



Digər tərəfdən, Hegseth ABŞ ordusunun Yəməndə həyata keçirdiyi əməliyyatlarla bağlı məxfi məlumatların Signal mesajlaşma platformasında paylaşılması iddialarına cavab verməkdən imtina edib. Nazir məsələ ilə bağlı yalnız bu sözləri deyib:



Bu, davam edən hərbi əməliyyatlarla bağlıdır və məxfi məlumatlar açıq platformalarda müzakirə oluna bilməz.”



Qeyd edək ki, bu açıqlamalar ABŞ-ın xarici siyasətində və hərbi planlamasında mümkün yeni istiqamətlərin müzakirə edildiyini göstərir və beynəlxalq diqqəti Panama və Qrenlandiya bölgələrinə yönəldir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu