Nigeriyada silahlı hücum: 100-dən çox ölü, çox sayda yaralı

Nigeriyada silahlı hücum nəticəsində 100-dən çox insan həlak olub, çox sayda yaralı var
Nigeriyanın mərkəzi-şimal bölgəsində yerləşən Benue ştatında silahlı şəxslərin Elevate kəndinə hücumu nəticəsində azı 100 nəfər həyatını itirib. İnsident cümə axşamı gecə saatlarında başlayaraq şənbə səhərinə qədər davam edib.
AFN.az xəbər verir ki, bu barədə "Associated Press"ə istinadla məlumat yayıb.
Bildirilir ki, onlarla insan hələ də itkin düşmüş hesab olunur, yüzlərlə yaralı isə tibbi yardım ala bilmir.
Sosial şəbəkələrdə hadisə yerindən yayılan video və fotolarda yandırılmış evlər və həlak olmuş insanların cəsədləri əks olunub. Benue ştatı polisinin nümayəndəsi Udeme Edet hücum faktını təsdiqləyib, lakin ölənlərin dəqiq sayını açıqlamayıb.
Hücumun məsuliyyətini hələlik heç bir qrup üzərinə götürməyib. Lakin bu cür silahlı toqquşmalar bölgədə geniş yayılıb. Əsasən torpaq və su ehtiyatlarına çıxışla bağlı əkinçilərlə fulani mənşəli köçəri çobanlar arasında tez-tez qarşıdurmalar yaşanır.
Əkinçilər çobanları məhsulları məhv etməkdə, çobanlar isə 1965-ci il qanununa əsasən örüş sahələrindən istifadə hüquqlarının pozulmasında günahlandırırlar.
Benue ştatında öt