Nigeriyada silahlı hücum nəticəsində 7 nəfər ölüb


Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.



Katsina əyalət polisinin sözçüsü Abubakar Aliyu Sadiq bildirib ki, motosikletli silahlı şəxslər vilayətin Maidabino kəndinə gələrək ətraf ərazilərə atəş açıblar.

Sadiq hücumda 7 nəfərin həyatını itirdiyini, çoxlu sayda insanın yaralandığını qeyd edib.

Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Sadiq hadisə ilə bağlı araşdırmalara başlanıldığını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu