İranda İsrailə casusluqda ittiham olunan şəxs edam edildi


İranda İsrail Xarici Kəşfiyyat Xidməti Mossad üçün casusluq etməkdə ittiham olunan bir şəxsin edam edildiyi bildirilib.



İran mətbuatında yayılan xəbərə görə, İsmayıl Fikr adlı iranlının Mossada casusluqda günahlandırıldığı qeyd olunub.



Fikrinin Mossad agentləri ilə əlaqədə olması ittihamı ilə qarşılaşdığı, 2024-cü ilin dekabrında saxlanıldığı və bu səhər edam edildiyi vurğulanıb.



İranda son həftələrdə İsrailə casusluqda ittiham olunan daha 2 nəfərin də edam edildiyi bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu