İranda bir polisi öldürən iki silahlı quldur edam edilib


İranda polis məmurunu öldürən silahlı soyğunçular ictimaiyyət qarşısında edam edilib.



İran ədliyyəsinə bağlı "Mizan" xəbər agentliyinin məlumatına görə, 2020-ci ilin dekabrında Mərkəz vilayətinin Xomeyn rayonunda silahlı soyğunçuluq törətdikdən sonra onlara müdaxilə edən polis əməkdaşını öldürən iki nəfər barəsində məhkəmənin verdiyi edam hökmü icra edilib.

Qərar Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra iki məhbusa verilən ölüm hökmü Xomeyndə açıq şəkildə icra edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu