Kiprdən İsrailə ilk təyyarə reysi yerinə yetirildi


Avropadan israilliləri geri qaytaran ilk təyyarə Larnakadan (Kipr) Təl-Əvivin Ben Qurion hava limanına gəlib.



AFN.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziyası məlumat yayıb.



Bildirilir ki, iyunun 18-də Larnakadan İsrailə 10 reysin yerinə yetiriləcəyi gözlənilir ki, bu da İsrailin bir neçə aviaşirkəti tərəfindən həyata keçiriləcək.



Telekanalın məlumatına görə, bundan əlavə, təxminən 3600 israilli dəniz yolu ilə bir həftə ərzində Kiprdən İsrailə qaytarılacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu