ABŞ hərbi gəmilərini Bəhreyndən geri çəkdi


ABŞ hərbi gəmilərini Bəhreyndəki bazadan geri çəkib



ABŞ Hərbi Dəniz Qüvvələri öz hərbi gəmilərini ABŞ Beşinci Donanmasının qərargahı olan Fars körfəzindən – Bəhreyndəki bazadan geri çəkib.



AFN.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) peyk görüntülərinə istinadən məlumat yayıb.



Bildirilir ki, bazanın ərazisində bir dənə də olsun Amerika hərbi gəmisi qalmayıb. Eyni zamanda, AP qeyd edir ki, gəmilərin çəkilməsi təhlükənin artması halında donanmanın təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilmiş ümumi tədbirdir.



Qeyd edək ki, Bəhreyndə hava hücumu sirenlərinin sınağı da keçirilib.



İranın “Mehr” agentliyinin verdiyi məlumata görə, Tehran Böyük Britaniya, ABŞ və Fransanın hakimiyyət orqanlarını rəsmi şəkildə xəbərdar edib ki, əgər İsrailin İrana qarşı hücumlarını dəf etməsinə yardım etsələr, onların Yaxın Şərq və Fars körfəzi ölkələrindəki hərbi obyektləri İranın zərbələrinin hədəfinə çevriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu