Finlandiya piyada minaları əleyhinə Ottava Konvensiyasından çıxır

Finlandiya parlamenti piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmağa səs verib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.
Bildirilir ki, bu barədə Finlandiya parlamenti qərar çıxarıb. "Parlament cümə axşamı qonşu Rusiyadan hərbi təhlükə ilə bağlı narahatlıqlar fonunda Finlandiyanın piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxmaq üçün səs verib", - deyə məlumatda bildirilir.