Qətər əmiri: Əl-Udeyd bazası İrana qarşı istifadə olunmayacaq


ABŞ-ın Əl-Udeyd bazasından İrana qarşı istifadə edilməyib və istifadə edilməyəcək.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani İran prezidenti Məsud Pezeşkianla danışanda deyib.



Məlumatı Pezeşkianın mətbuat xidməti onun əmirlə telefon danışığından sonra açıqlayıb.



"Qətər, şübhəsiz ki, bu bazanın dost və qardaş İrana qarşı hər hansı hərəkətinin qarşısını alacaq", - deyə əmir İran prezidentini əmin edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu