Fransada Musiqi Bayramı tədbirində 145 qadına iynəli hücum


Fransada keçirilən Musiqi Bayramı (Fête de la Musique) tədbiri zamanı 145 qadına iynə ilə hücum edilib. Hücumlarla bağlı 12 nəfər saxlanılıb. Ölkə üzrə baş verən zorakılıq hadisələrində isə 1500-dən çox insan xəsarət alıb.



Fransada hər il 21 iyun tarixində təşkil olunan Musiqi Bayramı çərçivəsində qadınlara qarşı iynəli hücumlar həyata keçirilib.



Tədbirlər zamanı 145 qadın bədənlərinə iynə vurulduğunu bildirərək polisə müraciət edib, bir çox qadın xəstəxanaya yerləşdirilib.



Qadınlar konsert və ya küçə tədbirləri zamanı ayaqlarında, qollarında və ya boyun nahiyələrində iynə izləri hiss etdiklərini deyiblər.



Hücumlara məruz qalan bəzi qadınlar başgicəllənmə, ürəkbulanma və huşunu itirmə kimi şikayətlərlə xəstəxanaya aparılıb. Polis bu hücumlarla əlaqədar 12 nəfəri saxlayıb.



İynələrin tərkibində olan maddələr hələ müəyyən edilməyib, lakin mütəxəssislər iynələrin zərərli kimyəvi maddələr ehtiva edə biləcəyi barədə xəbərdarlıq ediblər.



İynəli hücumlarla yanaşı ölkə üzrə tədbirlər zamanı zorakılıq halları da qeydə alınıb.



Bayram tədbirləri zamanı bir çox mağaza qarət olunub, bəzi qruplar polis qüvvələri ilə qarşıdurmaya girib. Baş verən hadisələrdə 51 avtomobil yandırılıb.



Rəsmilər insidentlər zamanı 13-ü polis olmaqla 1500-dən çox insanın xəsarət aldığını371 nəfərin saxlanıldığını bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu