İranın ali lideri Xamenei İsraillə müharibədə qələbəni elan etdi

İranın ali lideri ayətullah Əli Xamenei İsraillə münaqişədə qələbə münasibətilə İran xalqını təbrik edib.
Bu barədə ali liderin mətbuat xidməti paylaşım edib.
O qeyd edib ki, İran ABŞ-ni də məğlub edib.
"ABŞ İranla müharibədə heç bir nəticə əldə etmədi. ABŞ İranla müharibəyə girdi, çünki Tehranla münaqişənin davam edəcəyi təqdirdə İsrailin tamamilə məhvə məhkum olduğunu anladı", - Xamenei qeyd edib.
Qeyd edək ki, iyunun 24-də İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin İsraillə müharibədə qalib gəldiyini elan edib.