Hindistanda festival zamanı baş verən izdihamda 3 nəfər ölüb


Hindistanın şərqində yerləşən Odişa ştatında keçirilən festival zamanı baş verən izdiham nəticəsində 3 nəfər həyatını itirib, 50-yə yaxın adam yaralanıb.

Hindustan Times qəzetinin xəbərinə görə, Odişa ştatının Puri bölgəsində “Cagannat Ratha Yatra” festivalının qeyd olunmasına başlanılıb.

Qeyd etmələr zamanı yerli saatla təxminən 04:00 radələrində insanların bir məbədin yaxınlığında toplaşması nəticəsində izdiham baş verib və 3 nəfər həyatını itirib.

Rəsmilər izdiham nəticəsində xəsarət alan 50-yə yaxın nəfərdən 6-sının vəziyyətinin ağır olduğunu bildiriblər.

Hindistanın ən mühüm festivallarından olan “Cagannat Ratha Yatra” zamanı bu kimi hadisələrin baş verdiyi məlumdur.

Festival ölkənin xüsusilə Odişa və Qucarat ştatlarında Hinduizm tanrılarından biri olan Lord Cagannatın xatirəsinə həsr olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu