Tayland ilə Kamboca arasında sərhəddə toqquşma baş verib


Tayland ilə Kamboca arasındakı mübahisəli sərhəddə toqquşma baş verib. Tayland 6 ədəd F-16 döyüş təyyarəsi ilə sərhəd xəttində yerləşən bəzi Kamboca hərbi qərargahlarını hədəfə alıb.



Tayland və Kamboca arasında sərhəd xəttində yerləşən Xmer məbədinin yaxınlığında səhərin erkən saatlarında qarşıdurma başlayıb.



Tayland ordusu bildirib ki, ilk atəşi Kamboca əsgərləri açıblar.



Tayland Müdafiə Nazirliyinin sözçüsü Surasant Kongsiri Surin bölgəsində yerləşən bir yaşayış məntəqəsinin atəşə tutulduğunu, toqquşmalar zamanı 3 mülki şəxsin ağır yaralandığını açıqlayıb.



Surasant toqquşmaların azı 6 fərqli sərhəd nöqtəsində davam etdiyini qeyd edib.



KİV-də yayılan məlumatlara görə, qarşıdurmalar nəticəsində 1 nəfər həlak olub. Tayland 6 F-16 döyüş təyyarəsi ilə sərhəd xəttindəki bəzi Kamboca hərbi qərargahlarını hədəf aldığını elan edib.



Taylandın Pnompen şəhərindəki səfirliyi vətəndaşlarına Kambocanı tərk etmə çağırışı edib. Qarşıdurmadan bir gün əvvəl isə Taylandlı bir əsgər sərhəd bölgəsində mina partlayışı nəticəsində yaralanmışdı.



Digər tərəfdən, Kamboca Müdafiə Nazirliyi isə Tayland hərbçilərinin ilk atəşi açdığını və Kamboca əsgərlərinin buna legitim müdafiə çərçivəsində cavab verdiklərini bildirib.



Nazirlik həmçinin Taylandın Preah Vihear məbədinə aparan yola hərbi təyyarələrlə bomba atdığını açıqlayıb.



Kamboca Baş naziri Hun Manet isə Taylandı Ta Muen Thom və Ta Krabey məbədlərinə hücum etməkdə ittiham edib.



Hun Manet bildirib ki, Kamboca hər zaman sülh yolu ilə həllin tərəfdarı olub, ancaq bu vəziyyətdə silahlı hücuma qarşı silahlı cavab verməkdən başqa çıxış yolları qalmayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu