Taylandda lüks oteldə 6 nəfər ölü tapılıb


Taylandın paytaxtı Banqkokda lüks oteldə Vyetnam vətəndaşı olduğu bilinən 6 nəfər ölü tapılıb.


Cəsədlər paytaxt Banqkokun Pathum Van rayonundakı "Grand Hyatt Erawan" otelində günorta saatlarında tapılıb. Otel işçilərinin xəbəri ilə hadisə yerinə gələn polis qrupları ilkin araşdırmalar nəticəsində qrupun zəhərlənərək öldüyünü müəyyən ediblər.

Qrupun 7 nəfərlik otaqdə rezervasiya etdiyi öyrənilib. Polis araşdırmanı digər itkin şəxs üzərində cəmləşdirib. Otel otağına baxış zamanı stolların üzərində qəhvə və çay fincanları olub, lakin hər hansı bir döyüş və ya hücum faktı aşkar edilməyib.

Tayland polis rəisi Thiti Sanqsauang hadisə ilə bağlı mətbuata açıqlamasında təmizlik işçiləri tərəfindən otel otağında ölü tapılan 3 qadın və 3 kişinin Vyetnam vətəndaşları olduğunu təsdiqləyib və cəsədlərdə fiziki təsir əlamətlərinin olmadığını bildirib. Hadisədə həyatını itirən 6 nəfərdən 2-nin Vyetnam və ABŞ ikili vətəndaşı olduğu öyrənilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu