Tramp Ukrayna ilə bağlı razılaşma üçün verdiyi müddəti azaldır

ABŞ prezidenti Donald Tramp, Moskva ilə Vaşinqton arasında Ukrayna məsələsinin həlli ilə bağlı razılığa gəlmək üçün əvvəlcədən müəyyən etdiyi 50 günlük müddəti azaltmağı planlaşdırdığını bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib: "Mən bu 50 günü daha az günə endirəcəyəm. Çünki artıq cavabı bildiyimi, nə baş verəcəyini bildiyimi düşünürəm”.
Tramp əlavə edib ki, Ukrayna ilə bağlı razılaşma artıq 4–5 dəfə əldə edilə bilərdi: “Mən Rusiya prezidenti Vladimir Putinlə çox danışmışam, onunla yaxşı münasibətim olub... Biz bir neçə dəfə bu məsələni həll etdiyimizi düşünmüşdük. Mən deyirəm: bu belə olmamalıdır. Görək hadisələr necə inkişaf edəcək.”