Sudanda son bir həftədə xolera səbəbindən 50 nəfər ölüb


Sudanda son bir həftədə 2 min 627 yeni xoleraya yoluxma qeydə alınıb.



Bu barədə Sudan Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.



Açıqlamada bildirilib ki, həmin müddətdə xolera səbəbindən 50 nəfər ölüb.



2024-cü ilin avqustundan bəri Sudanda qeydə alınan ümumi xolera xəstələrinin sayı 99 min 756-ya, ölənlərin sayı isə 2 min 475-ə çatıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu